Azyaşlı velosipedi ilə traktorun altına düşərək öldü

İmişlidə azyaşlı uşaq velosipedlə traktorun altında qalaraq ölüb.

 Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə İmişli rayonunun Rəsullu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Xəlilov Ömər Rəşid oğlu velosipedlə hərəkətdə olarkən traktora dəyib.

Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki