Qalatasarayın Çempionlar Liqasında Yuventusu 5-2 məğlub etdiyi oyunda fərqlənən Barış Alper Yılmaz üçün İtaliya nəhəngi Yuventusun mövsüm sonunda rəsmi transfer addımı ata biləcəyi iddia olunur.
Referans Media xəbər verir ki, Rams Parkdakı tarixi qarşılaşmada qol vura bilməsə də, milli futbolçu təsirli oyunu ilə Yuventus müdafiəsini çətin vəziyyətə salıb. Onun fiziki gücü və oyun stili komandanın diqqətini çəkib və İtaliya klubunun marağını artırıb.
Yuventus Futbol Direktoru Corco Kyellini Barış Alper haqqında tərif yağdırıb: “Onu heyranlıqla izlədim. Temaslı oyunu mükəmməldir. İtələyirsən, çəkirsən, amma heç vaxt yıxılmır. Tam İtaliya liqası üçün uyğun futbolçudur. Şərtlər uyğun olarsa, mövsüm sonunda mütləq Qalatasaray rəhbərliyi ilə masaya oturmalıyıq.”
Mövsümün əvvəlində Barış Alper Yılmaz üçün NEOM klubu da maraq göstərmiş, lakin proses nəticələnməmişdi.
Barış Alper Yılmaz bu mövsüm bütün turnirlərdə: 33 oyun, 8 qol, 12 asist, 2,463 dəqiqə meydanda qalıb.
Onun bu təsirli performansı Yuventusun radarına düşməsinə səbəb olub.























