ABŞ-ın Alyaska ştatında yerləşən Utqiaqvik şəhərində qeyri-adi təbiət hadisəsi başlayıb. Şəhərdə “gecəyarı günəşi” dövrü qeydə alınıb.
Referans Media xəbər verir ki, yerli vaxtla saat 02:57-də doğan günəşin təxminən 84 gün ərzində batmayacağı açıqlanıb. Bu hadisə şəhərin Şimal Qütb dairəsi yaxınlığında yerləşməsi ilə bağlıdır.
Məlumata görə, yay aylarında günəş uzun müddət üfüqdən aşağı enmir və bölgədə yaşayan təxminən 5 min sakin fasiləsiz gündüz işığı ilə həyatını davam etdirir.
Mütəxəssislər bildirir ki, bu təbiət hadisəsi “gecəyarı günəşi” adlanır və hər il yay mövsümündə təkrarlanır.
Bunun əksinə olaraq, qış aylarında isə eyni bölgə uzun müddət günəş görmür və “qütb gecəsi” yaşanır.
