“Neftçi” klubu Filip Ozobiçlə yollarını ayırıb.
Referans xəbər verir ki Xorvatiya yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.
Qeyd edək ki, “Neftçi” rəhbərliyi bundan öncə 10 futbolçu – Robert Bauer, Rafael Quzzo, Yeqor Boqomolski, Dembo Darbo, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi və Rüstəm Samiqullinlə vidalaşıb.