image-toy-seklibackend

Sumqayıtda toyda faciə – ÖLƏN VAR

Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

Referans Media  xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Əhmədova Gülüstan Şahlar qızı toy mərasimində iştirak edərkən halı qəfil pisləşib.

Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.(teleqraf)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki