image-derbiye-damga-vuran-talisca-konustu_e3a150bd5e_ampbackend

Taliska hər şeyi danışdı: Məsuliyyət mənə aiddir

Anderson Taliska, derbidə qaçırdığı penaltı sonrası ilk dəfə açıqlama verib və bütün məsuliyyəti üzərinə götürüb.

Referans Media xəbər verir ki , “Fənərbaxça” “Qalatasaray” derbisində kritik penaltını qaçıran braziliyalı futbolçu, oyundan sonra sosial şəbəkə hesabı üzərindən paylaşım edərək vəziyyəti şərh edib. O, penaltini öz istəyi ilə vurduğunu və nəticəyə görə məsuliyyəti tam qəbul etdiyini bildirib.

Taliska açıqlamasında bu cür anların futbolun bir parçası olduğunu vurğulayaraq, “Penaltini vuran mən idim, məsuliyyət də mənə aiddir” sözlərini deyib. O, eyni zamanda komanda daxilində belə situasiyaların əsl xarakteri ortaya çıxardığını qeyd edib.

Braziliyalı ulduzun sözlərinə görə, qol vursaydı, vəziyyət fərqli qiymətləndirilə bilərdi, lakin nəticədən asılı olmayaraq məsuliyyəti boynundan atmaq niyyətində deyil.

Açıqlamasının davamında Taliska əsas hədəfinin komandasını çempionluğa aparmaq olduğunu bildirib: “Mən bu formanı geyinirəmsə, səbəbi var. Hədəfim bəllidir – çempionluq”.

Qeyd edək ki, futbolçuya qarşı sosial mediada tənqidlər artsa da, o, özünə inamlı mövqeyini qoruyub və komandaya dəstəyini davam etdirəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki