TƏCİLİ! Bakıda avtobus qəzaya uğradı

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Referans Media  oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonundakı “İzmir dairəsi” adlanan ərazidə qeydə alınıb.

Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Hadisə nəticəsində avtobusdakı sərnişinlər nəqliyyat vasitəsindən düşürülüblər.

Qəzanın başvermə səbəbi araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki