Təcili eniş etmək istəyən təyyarə yerə çırpıldı: 2 nəfər həlak oldu - VİDEO

Dominikan Respublikasında xüsusi təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Referans Media xəbər verir ki, N318JF qeydiyyat nişanlı "Gulfstream GALX" tipli biznes təyyarəsi La Romana Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra mühərrik nasazlığı ilə üzləşib.

Nasazlıqdan sonra ekipaj təcili eniş etmək məqsədilə hava limanına geri qayıtmağa çalışıb. Lakin təyyarə hava limanı yaxınlığında təhlükəsiz eniş edə bilməyərək boş əraziyə düşüb.

Qəza nəticəsində pilot və köməkçi pilot hadisə yerində həyatını itirib. Rəsmi məlumata əsasən, təyyarədə ekipaj üzvlərindən başqa sərnişin olmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin mühərrikindən qalxan sıx tüstü və qəzadan sonra alovlara bürünməsi əks olunub.

İlkin məlumatlara görə, pilotlar yaranmış texniki nasazlıq səbəbindən hava limanına qayıtmağa cəhd göstərsələr də, eniş manevrini uğurla başa vura bilməyiblər.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün aviasiya qurumları tərəfindən araşdırmalara başlanılıb. Mütəxəssislər mühərrik nasazlığı ilə yanaşı, texniki və pilotaj amillərini də araşdırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki