“Fənərbağça” rəhbərliyi baş məşqçi Domeniko Tedesko ilə yolları ayırmağa qərar verib.
Bu barədə jurnalist Yusuf Kenan Çalık məlumat yayıb.
Tedesko cari mövsümün əvvəlində Joze Mourinyonun əvəzinə bu posta gətirilmişdi.
“Sarı-lacıvərdlilər” onun dövründə 39 matç keçirib və bu oyunların 23-də qələbə qazanıb.
“Fənərbağça” hazırda 57 xalla Super Liqada 2-ci yerdədir. Onlar bir oyun çox keçirməyinə baxmayaraq, lider “Qalatasaray”dan 4 xal geri qalır. (Offsideplus.az)























