Toral Bayramov da millidən kənarlaşdırıldı

  Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Referans.az xəbər verir ki, millimizin futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, daha öncə Elvin Cəfərquliyevin səhhətində problem yarandığı üçün heyətdən çıxarılmışdı../Teleqraf  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki