Trampın bu addımı dolları kəskin ucuzlaşdırdıbackend

Trampın bu addımı dolları kəskin ucuzlaşdırdı

  Dollar indeksi (DXY) 97,71 bənd təşkil edərək 0,94%-lik minimum sessiyaya düşüb.

Referans xəbər verir ki, bu barədə “Bloomberg” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qızıl 1,3%-dən çox dəyər qazanıb.

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli istefaya göndərə bilər.

Bu addım Konqresdə Respublikaçılarla müzakirə edilib. Lakin mənbə qeyd edir ki, hələlik yekun qərar yoxdur və Trampın fikrini dəyişməsi mümkündür./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki