image-youssef-en-nesyri-icin-premier-lig-ekibi-devrede-dsqbbackend

Transfer bombası! “Napoli” En-Nesyri üçün rəsmi təklif göndərdi

“Fənərbağça”da gələcək planlarda yer almayan futbolçular arasında göstərilən Yussef En-Nesyri ilə bağlı yeni transfer iddiası gündəmə gəlib. İtaliyanın “Napoli” klubu Mərakeşli hücumçu üçün rəsmi təkliflə çıxış edib.

Referans Media xəbər verir ki, “Napoli” En-Nesyrinin transferi üçün “Fənərbağça”ya satınalma opsiyonu ilə icarə təklifi təqdim edib. İtaliya təmsilçisinin hücum xəttini gücləndirmək üçün 28 yaşlı forvardı əsas namizədlərdən biri kimi dəyərləndirdiyi bildirilir.

Qeyd olunur ki, En-Nesyri ilə təkcə “Napoli” deyil, İngiltərənin “Nottingham Forest”, “Everton” klubu və Qətərin “Əl-Sədd” komandası da yaxından maraqlanır.

Bu mövsüm “Fənərbağça”nın heyətində 25 oyuna çıxan Yussef En-Nesyri bu matçlarda 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mərakeşli hücumçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Təcrübəli futbolçunun hazırkı bazar dəyəri 22 milyon avro olaraq göstərilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki