2026 Dünya Kubokuna 24 il aradan sonra qatılan Türkiyə milli futbol komandası iqtisadi baxımdan böyük gəlir əldə edəcək. FIFA-nın açıqladığı 727 milyon dollarlıq rekord mükafat fondu sayəsində Türkiyə Futbol Federasiyası ən azı 10,5 milyon dolları təmin etmiş olur və turnirdə irəlilədikcə bu gəlir daha da artacaq.
Referans Media xəbər verir ki, Dünya Kubokuna qatılan hər komandaya həm iştirak, həm də hazırlıq ödənişlərini əhatə edən ən az 10,5 milyon dollar ödəniləcək. Bu, Türkiyə milli futbol komandasının qazanacağı minimum məbləğdir.
FIFA, 2026 Dünya Kuboku üçün ümumi 727 milyon dollarlıq mükafat fondu təyin edib. Bu, 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokuna nisbətən təxminən 50% artım deməkdir.
Qalibiyyətə görə mükafat sistemi
Turnirdə komandaların əldə edəcəyi mükafatlar belədir:
Qalib: 50 milyon dollar Finalçı: 33 milyon dollar Üçüncü yer: 29 milyon dollar Dördüncü yer: 27 milyon dollar Dörddəbir final: 19 milyon dollar Son 16: 15 milyon dollar Son 32: 11 milyon dollar Qrup mərhələsi: 9 milyon dollar
Hazırlıq dəstəyi 48 komandaya əlavə olaraq 1,5 milyon dollar hazırlıq dəstəyi veriləcək. Bu da federasiyalar üçün minimum 10,5 milyon dollar gəlir təmin edir.
Turnirdə uğura görə əlavə gəlir
Türkiyə milli futbol komandası turnirdəki performansı mükafatın artmasına səbəb olacaq. İrəliləyişə paralel olaraq milyonlarla dollar əlavə gəlir əldə etmək mümkün olacaq.
