2026-cı il Dünya Çempionatına hazırlaşan Türkiyə Milli Futbol Komandası ABŞ-a yola salınarkən təşkil olunan möhtəşəm mərasim dünya mediasının diqqət mərkəzinə çevrilib.
Referans Media xəbər verir ki, İstanbulun Riva qəsəbəsində yerləşən Hasan Doğan Milli Komandalar Düşərgəsi ərazisindən yola çıxan milli komandanın avtobusu yerli istehsal olan TOGG avtomobillərindən ibarət xüsusi kortejin müşayiəti ilə İstanbul Hava Limanı istiqamətində hərəkət edib.
Yüzlərlə insanın maraqla izlədiyi bu möhtəşəm yolasalma mərasimi beynəlxalq idman mediasında da geniş işıqlandırılıb. Dünyanın nüfuzlu idman nəşrləri və televiziya kanalları Türkiyə millisinin Dünya Kubokuna yola salınmasını manşetlərinə çıxarıblar.
ESPN Türkiyə millisinin “inanılmaz şəkildə yola salındığını” vurğulayıb. "CBS Sports" milli komandanın möhtəşəm konvoyla qarşılandığını qeyd edib. DAZN isə bu görüntüləri “möhtəşəm kortej” kimi dəyərləndirib.
Dünya Kubokuna böyük ümidlərlə yollanan Türkiyə millisinin yolasalma mərasimi həm azarkeşlər, həm də beynəlxalq media tərəfindən böyük maraqla qarşılanıb.
