image-177471128624771717_1200x630backend

U-19 millimiz seçmə mərhələdə son oyununa çıxdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin I raundunda son oyununa çıxıb.

Referans Media xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb. “Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Qeyd edək ki, Azərbaycanın U-19 millisi ilk oyunda ev sahibi Litvaya 4 cavabsız qolla məğlub olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki