Vəfa Şərifovanın canlı ifası tənqid edildi: İstənilən səviyyədə deyil - VİDEO

Müğənni Vəfa Şərifovanın canlı ifası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, müğənninin səhnə performansı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşılan görüntülərdən sonra sosial media istifadəçiləri ifa ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Bəzi izləyicilər Vəfa Şərifovanın canlı oxumasını tənqid edərək performansın istənilən səviyyədə olmadığını bildiriblər. Digərləri isə sənətçini müdafiə edərək onun ifasını bəyəndiklərini qeyd ediblər.

Qısa zamanda yayılan video çoxsaylı baxış və şərh toplayaraq müzakirə olunan paylaşımlardan birinə çevrilib.(Milli.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki