Viktor Osimhen La Liqaya yollana bilər – SON DƏQİQƏ

Viktor Osimhen yayda La Liqaya yollana bilər.

Referans Media xəbər verir ki, “Barselona” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün prioritet hədəfi Xulian Alvarez olsa da, bu transfer alınmasa, Viktor Osimheni ehtiyat variant kimi nəzərdən keçirir.

Kataloniya mətbuatı xəbər verir ki, nigeriyalı hücumçu bu yay “Barselona”ya keçməyi prioritet hesab edir.

Hazırda “Qalatasaray”da çıxış edən Osimhen son iki mövsümdə 70 oyunda 56 qol vuraraq formuna qayıdıb və 27 yaşında olmasına baxmayaraq, hələ də yüksək səviyyədədir.

“Barselona” rəhbərliyi Xulian Alvarezi əsas hədəf kimi saxlayır, lakin “Atletiko Madrid”lə razılaşma çətin olacağı təqdirdə alternativlərə baxır./Offsideplus.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki