Braziliya millisinin və İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Vinisius Junior görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib.
Referans MEDİA xəbər verir ki, Braziliya millisinin FIFA Dünya Kubokundan kənarda qalmasından sonra 25 yaşlı futbolçu çənə nahiyəsində estetik korreksiya əməliyyatı keçirib.
Əməliyyatdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Vinisiusun yeni görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Azarkeşlərin bir qismi futbolçunu tanımaqda çətinlik çəkdiyini bildirib. Onun çənə quruluşundakı nəzərəçarpacaq dəyişiklik beynəlxalq mediada da geniş işıqlandırılıb.
Estetik əməliyyatla bağlı yayılan xəbərlərdən sonra diqqətlər Vinisius Juniora yönəlsə də, nə futbolçunun özü, nə də onun rəsmi nümayəndələri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.
Qeyd edək ki, Vinisius Juniorun keçirdiyi iddia olunan estetik əməliyyat barədə yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Buna baxmayaraq, futbolçunun yeni görüntüləri sosial media platformalarında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
