Türkiyədə fond istintaqı çərçivəsində aparılan araşdırmalar zamanı 37 nəfər əldə etdiyi vəsaiti dövlətə geri qaytarıb. Onlardan ümumilikdə 18 milyard 340 milyon türk lirəsi məbləğində vəsaitin geri alındığı açıqlanıb.
Referans Media xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin Araşdırılması Bürosu tərəfindən kapital bazarında həyata keçirilən əməliyyatlarla bağlı davam etdirilir.
İstintaq çərçivəsində görülən tədbirlər nəticəsində cümə günü etibarilə 37 nəfərin sözügedən vəsaiti könüllü şəkildə geri qaytardığı bildirilib.
Rəsmi məlumata görə, həmin şəxslərdən ümumilikdə 18 milyard 340 milyon türk lirəsi məbləğində vəsait dövlət büdcəsinə qaytarılıb.
Araşdırmaların davam etdiyi, iş üzrə digər şübhəlilər və maliyyə əməliyyatlarının da yoxlanıldığı qeyd olunub.
