Sumqayıt şəhərində gənc qızın meyiti tapılıb.
Referans Media xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Meyit qızın qohumları tərəfindən aşkarlanıb. Onlar dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
İlkin məlumata görə, vəfat edən şəxs universitetlərdən birinin hüquq fakültəsinin tələbəsi olub.
Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır./Publika.az
