ABŞ-dan İspaniyaya uçan təyyarə təhlükəsizlik həyəcanı səbəbindən geri qayıtdı

ABŞ-dan İspaniyanın Palma de Mayorka şəhərinə uçan United Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi mümkün təhlükəsizlik təhdidi səbəbindən geri qayıdıb.

Məlumata görə, təyyarə Nyuark hava limanından havaya qalxdıqdan təxminən 3,5 saat sonra yenidən həmin hava limanına eniş edib. Təyyarədə 190 sərnişin və 12 nəfərlik ekipaj olub.

İlkin məlumata əsasən, sərnişinlərdən birinin Bluetooth cihazına verdiyi ad təhlükə kimi qiymətləndirilib. Hadisədən sonra təyyarə geri qaytarılıb, sərnişinlər təxliyə edilərək təhlükəsizlik yoxlamasından keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki