Ukraynada təhlükəli invaziv növ hesab olunan “pələng” ağcaqanadın yayılması qeydə alınıb.
Referans Media xəbər verir ki, bədənində və ayaqlarında xarakterik ağ zolaqları ilə seçilən bu həşəratın ölkənin cənub bölgələrində müşahidə olunduğu bildirilir.
Mütəxəssislərin sözlərinə görə, “pələng” ağcaqanadı Qərbi Nil qızdırması, denqe, Zika virusu və çikunqunya kimi bir sıra təhlükəli xəstəliklərin daşıyıcısı ola bilər.
Bu ağcaqanadın sancması bəzi hallarda yüksək hərarət, güclü baş ağrısı, əzələ ağrıları və dəri səpgiləri ilə müşayiət oluna bilər. Ağır hallarda isə infeksiyalar sinir sisteminin zədələnməsi, meningit, ensefalit və hətta iflic kimi ciddi fəsadlara səbəb ola bilər./Globalinfo.az
