image-ardaaaaaaabackend

Ardanın yerinə ulduz futbolçu gəlir – “Real”dan böyük transfer

“Real Madrid”də ötən mövsüm heyətə düşməkdə çətinlik çəkən Arda Güler barədə yeni iddia ortaya atılıb.

Referans xəbər verir ki, “Real” “River Pleyt”in gənc futbolçusu Mastantuono transfer etmək üzrədir. “Real”ın futbolçu üçün 45 milyon avro ödəyəcəyi deyilir. İspaniya mediasında yer alan xəbərə görə, türkiyəli futbolçu Mastantuononun gəlişi ilə heyətə düşməkdə çətinlik çəkə bilər. Mastantuono Arda ilə eyni mövqedə oynayır və istedadlı futbolçu uğurlu oyun nümayiş etdirir.

Qeyd edək ki, “Real Madrid”in FIFA Klublararası Dünya Çempionatı üçün heyəti açıqlanıb və Arda Güler heyətdə yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki