Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional Filialına (Masallı, Yardımlı, Cəlilabad) yeni direktor təyin olunub.
Referans Media bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyevin müvafiq əmri ilə Ramal Kamal oğlu Quliyev 2 saylı Regional Filialın direktoru vəzifəsinə gətirilib.
Məlumata əsasən, əvvəlki direktor Aygül Səfərli tutduğu vəzifədən azad edilib və o, hazırda hər hansı vəzifəyə təyin olunmayıb.























