Azərbaycanda zavodda PARTLAYIŞ: xəsarət alan var

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Referans Media  xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (“Report”)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki