Bakıda inanılmaz fırıldaq: Özünü maşının altına atdı, kameranı görüncə...

Bakıda bir şəxs özünü vurulmuş kimi göstərərək sürücüdən pul tələb etməyə cəhd edib. Hadisə anı ərazidən keçən motosikletçinin kamerasına düşüb.

Referans Media  Minval-a istinadən xəbər verir ki, görüntülərdən aydın olur ki, həmin şəxs qəfildən ağ rəngli avtomobilin qarşısına uzanaraq özünü yoldan keçən nəqliyyat vasitəsi tərəfindən vurulmuş kimi qələmə vermək istəyib.

Onun məqsədi sürücünü qəza törətməkdə ittiham edərək ondan pul qoparmaq olub.

Lakin hərəkətinin videoya çəkildiyini və ifşa olunduğunu anlayan şəxs dərhal ayağa qalxaraq hadisə yerindən uzaqlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki