Qubada gənc oğlan qəfil vəfat edib.
Referans Media xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib.
2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb.
Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilib. Araşdırma aparılır./“Qafqazinfo”/
