image-hyeon-gyu-ohun-golue-sueper-lig-tarihine-gecti-son-20-yilin-en-iyisi-1771788641backend

“Beşiktaş”da yeni ulduz doğur – Azarkeşlər coşdu

Türkiyə Super Liqasının nəhənglərindən olan Beşiktaşın yeni transferi, Cənubi koreyalı hücumçu Hyeon-gyu Oh qısa zamanda azarkeşlərin sevimlisinə çevrilib.

Referans Media xəbər verir ki, gənc futbolçu ağ-qara forma ilə çıxdığı ilk üç oyunda üç qol vuraraq diqqət mərkəzinə düşüb.

Oh, Beşiktaş forması ilə debütünü Alanyaspor qarşısında edib. 2:2 hesabı ilə başa çatan görüşdə vurduğu baxımlı qolla azarkeşlərə özünü təqdim edib.

Daha sonra səfərdə RAMS Başakşəhərin torunu silkələyən hücumçu, son olaraq Göztepe ilə qarşılaşmada sağ cinahdan güclü zərbə ilə komandasının dördüncü qoluna imza atıb.

Qısa müddətdə komandaya uyğunlaşan və ardıcıl qollarla çıxış edən Oh sosial mediada böyük rezonans yaradıb. Bir çox Beşiktaş azarkeşi belə yazıb:

“Mövsümün əvvəlində o olsaydı, çempion idik.”

Yeni transferin yüksələn performansı “qara qartalların” düşərgəsində ümidləri artırıb və azarkeşlər artıq hücum xəttində sabitliyin formalaşdığını düşünürlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki