Konyaspor baş məşqçi İlhan Palutun rəhbərliyi altında diqqətçəkən çıxış sərgiləyir. Komanda son oyunlarda Türkiyə futbolunun “dörd böyük” klublarına qarşı uğurlu nəticələrlə yadda qalıb.
Palutun gəlişindən sonra Konyaspor: "Beşiktaş", "Fənərbaxça", "Qalatasaray", Trabzonspor kimi güclü rəqiblərin hamısını məğlub etməyi bacarıb. Kubokda iki böyük rəqib sıradan çıxarılıb.
Türkiyə Kuboku çərçivəsində Konyasporhəm Beşiktaşı, həm də Fənərbaxçanı əlavə vaxtda vurulan qollarla mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.
Super Liqada isə komanda öz meydanında "Qalatasaray" və Trabzonsporu məğlub edərək gücünü bir daha nümayiş etdirib.
İlhan Palutun rəhbərliyi altında Konyaspor daha nizamlı taktiki oyun, yüksək fiziki hazırlıq, effektiv hücum strategiyası ilə seçilir və bu da komandanın nəticələrinə birbaşa təsir edir.
Bu nəticələrdən sonra Konyaspor Türkiyə futbolunda ən çox müzakirə olunan komandalardan birinə çevrilib. İlhan Palutun işi isə futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
