“Sabah” klubu yerli futbolçulardan biri ilə bağlı qərar verib.
Referans Media xəbər verir ki, söhbət Tellur Mütəllimovdan gedir.
Mövsüm başa çatmamış təcrübəli futbolçunun komandadan gedəcəyi gözlənilirdi. Ancaq rəhbərlik qərarını dəyişib. Hazırda futbolçu ilə danışıqlar gedir.
Əgər tərəflər razılığa gələ bilsə, Tellur Mütəllimov daha 1 il çempionun şərəfini qoruyacaq.
Qeyd edək ki, Tellur Mütəllimov 2022-ci ildən “Sabah”ın şərəfini qoruyur.
