Bu mağazalar şəxsiyyət vəsiqəsini GİROV GÖTÜRÜR…  – Hüquqşünas XƏBƏRDARLIQ ETDİbackend

Bu mağazalar şəxsiyyət vəsiqəsini GİROV GÖTÜRÜR…  – Hüquqşünas XƏBƏRDARLIQ ETDİ

Ölkədə
fəaliyyət göstərən bəzi kirayə geyim mağazalarında, eləcə də icarə üsulu ilə götürülən
əşyaların qarşılığında şəxsiyyət vəsiqəsi tələb olunur. Məlum olduğu kimi, şəxsiyyət
vəsiqəsi məxfi sənəddir və oradakı məlumatları heç kəslə bölüşmək olmaz.


Bu
baxımdan hər hansısa mağazaların və ya müəssisələrin bu formada şəxsiyyət vəsiqəsini
girov kimi tələb etməsi qanunidirmi? Vətəndaşlar bu tələblə
razılaşmalıdırlarmı? Bu haqda qanunda nə deyilir?

Hüquqşünas
Səməd Vəkilov Referans
-a açıqlamasında bu məsələnin hüquqi tərəfindən danışıb.

“Heç
bir halda şəxsiyyət vəsiqəsini girov qoymaq və yaxud girov kimi tələb etmək
düzgün deyil. Bu, qanunla yolverilməzdir. Təkcə şəxsiyyət vəsiqəsini deyil, digər
sənədləri də girov götürmək qanunla cinayət əməli sayılır. Yaxşı olar ki, mülki
münasibətlərlə bağlı məsələlərdə müqavilə hüququna üstünlük verilsin”.

Səməd
Vəkilov qeyd edib ki, vətəndaş tərəfindən qeyri-rəsmi qurumdan şəxsiyyət vəsiqəsinin
tələbi ilə bağlı şikayət edilərsə, həmin müəssisə cinayət məsuliyyətinə cəlb
oluna bilər.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki