Cəbrayılda minaya düşən şəxslər şəhidin ailə üzvləri imiş – Foto

Bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minaya düşən şəxslər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir.

Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, Əşrəf Elman oğlu Qəhrəmanov Ruhin Qəhrəmanovun atası, Orxan Qəhrəmanov isə qardaşıdır.

Qeyd edək ki, Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Həmçinin Əşrəf Qəhrəmanov 1-ci Qarabağ müharibəsi veteranıdır.

dW2s2q9ssspzcAFIE28LX9SQHz1ZubyZIlhRBEPZ 640QdXAJIFchZSwh9hj97MHidodOqlhXBJn6qSq5thV 640RyScT1lsvofYUp2jUJ2nksf4DY0CSgrgqPkryN06 640


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki