İlk hissənin son dəqiqəsində Azərbaycan millisi Nəriman Axundzadənin qolu ilə tarazlığı bərpa etdi: 1-1.***
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna – Azərbaycan oyununda hesab açılıb.
Referans xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunan görüşün 30-cu dəqiqəsində meydan sahibi komandanın hücumçusu Oleksey Qutsulyak adını tabloya yazdırıb.
***
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.Referans xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Ukrayna və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Referans xəbər verir ki, milli komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:
12 Trubin 2 Konoplia 8 Malinovskyi 9 Hutsuliak 11 Dovbyk 13 Zabarnyi 15 Ocheretko 16 Mykolenko 18 Yarmoliuk 19 Voloshyn 22 C Matviyenko 1 Magomedaliyev 3 Jafarguliyev 4 Mustafazade 5 Krivotsyuk 7 Nuriiev 8 C Makhmudov 13 A. Hüseynov
Ukrayna – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
