image-tecili1-1backend

Doğum günündə maşın vurub öldürmüşdü – Dostu həbs edildi 

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs həbs edilib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şərur Rayon Məhkəməsinin hökmü ilə rayonun Çomaxtur kənd sakini 1963-cü il təvəllüdlü Xəlil Xəlilova 5 il 1 ay həbs cəzası verilib.

 

O, məhkəmə zalında qandallanıb. Əlavə olaraq onun 2 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.

 

Bildirilib ki, ağır qəza ötən ilin 11 noyabr tarixində elə Çomaxtur kəndində baş verib. “Mercedes” markalı avtomobillə həyat yoldaşı ilə birgə qohumunun yas mərasiminə gedən Xəlil yolda təsadüfən dostu Qurbanı vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki