Dron görüntüləri şok etdi: Şəhər sulara qərq oldu - VİDEO

Tokatın Turhal rayonunda güclü yağışların yaratdığı daşqın fəlakəti kənd təsərrüfatına ciddi ziyan vurub.

Referans Media xəbər verir ki, son günlər yağan intensiv yağışlardan sonra Karasu, Çivril və Dazya çaylarının birləşdiyi Yaşilırmak çayında suyun səviyyəsi kəskin yüksəlib və bəzi ərazilərdə çay məcrasından çıxıb.

Daşqın nəticəsində Çevlik, Borsa və Çubuklu məhəllələri ilə yanaşı bir sıra kəndlərdə evlər, tövlələr və əkin sahələri su altında qalıb. Xüsusilə çay kənarında yerləşən kənd təsərrüfatı sahələrinə böyük ziyan dəydiyi bildirilir.

Sel sularının basdığı Elalamış kəndindəki ərazilər dron vasitəsilə havadan görüntülənib. Kadrlarda geniş əkin sahələrinin tamamilə su altında qaldığı əks olunub.

Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, Turhal rayonunda yerləşən 15 məhəllə və 7 kənddə yaşayan sakinlər ehtiyat məqsədilə təxliyə edilib.

Əraziyə xilasedicilər, bələdiyyə və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Daşqının fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki