"Dubayda 1 həftə Röyaya görə yalnız uşaq hovuzunda çimməli olduq ki..."

Bəstəkar-müğənni Hacı Nazim ilə Xalq artisti Röya Ayxan arasında yaşanan zarafat dolu dialoq sosial şəbəkələrdə gündəm olub.

Referans Media xəbər verir ki, maşında lentə alınan görüntülərdə sənətçilərin səmimi söhbəti izləyicilərin marağına səbəb olub. Hacı Nazim Röyanın su qorxusundan danışaraq zarafatla belə deyib:

"And olsun ki, Dubayda bir həftə Röyaya görə yalnız uşaq hovuzunda çimməli olduq ki, bu boğulmasın".

O, daha sonra müğənniyə zarafatla "Sən evdə vannada da əllərini yuyub çıxa bilərsən" sözlərini deyib.

Pop ulduz isə özünü müdafiə edərək su qorxusunu gizlətməyib:

"Mən hələ dizə qədər suya girirəmsə, mənə sağ ol deyin. Ona görə üzmürəm ki, bata bilərəm".

Sənətçilərin zarafatlı söhbəti sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Görüntülər qısa zamanda yayılaraq çoxsaylı şərh və reaksiyalar toplayıb.(Milli.Az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki