Quba rayonunda 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən həyatını itirib.
Referans Media xəbər verir ki, hadisə Quba rayonunun Cağacuq kəndində qeydə alınıb.
Kənd sakini, 74 yaşlı Əşrəf Baloğlanov yaşadığı evdə laqonda ilə işləyərkən ehtiyatsızlıqdan alət ayağına dəyib. Ağır xəsarət alan kişi qanaxmadan yerindəcə həyatını itirib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır./Bizim.Media
