Əməkdar artist yeni vəzifəyə təyin olundu

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.

Referans Media Bakıvaxtı.az-a istinadla xəbər verir ki, B.Niftəliyev Xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. O, uzun müddət idi ki, sözügedən musiqi təhsili müəssisəsində müəllim olaraq çalışırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki