Ərdoğan mühüm mesajlar verdi: Türkiyə yeni dövrün parlayan ulduzu olacaq - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban Bayramı münasibətilə video müraciət yayımlayıb. Dövlət başçısı mesajında həm bayram təbriki edib, həm də ölkənin daxili və xarici siyasətinə dair mühüm açıqlamalar verib.

Referans Media xəbər verir ki, Ərdoğan bölgədə davam edən münaqişələrə diqqət çəkərək Türkiyənin sabitlik rolunu vurğulayıb: “Bölgəmiz müharibə və böhranlarla mübarizə apardığı bir dövrdə Türkiyə iqtisadiyyatı, infrastrukturu və güclü institusional sistemi ilə sabitlik adası kimi seçilir. Ətrafımızdakı toz buludu dağıldıqdan sonra Türkiyə yeni dövrün parlayan ulduzlarından biri olacaq.”

Prezident həmçinin Türkiyənin iqtisadi və hərbi sahədə əldə etdiyi nailiyyətlərə toxunaraq, müdafiə sənayesinin ixracatının əhəmiyyətli dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, ölkənin iqtisadi həcmi və ixrac göstəriciləri son illərdə ciddi yüksəliş nümayiş etdirib.

Ərdoğan bayram mesajında Fələstin məsələsinə də toxunaraq Qəzzada davam edən humanitar böhrana diqqət çəkib və beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmağa çağırıb.

Dövlət başçısı çıxışında vətəndaşlara yol hərəkəti qaydalarına və sürət limitlərinə əməl etmələri barədə də xəbərdarlıq edib. O, bayramın birlik, həmrəylik və qardaşlıq ruhunda keçməsini arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki