"Kainatın Ustaları" filmi yeni final treylerini yayımlayıb. "Amazon MGM Studios" və "Sony Pictures" tərəfindən hazırlanan böyük büdcəli ekran işi 5 iyun 2026-da kinoteatrlarda nümayiş olunacaq.
Referans Media xəbər verir ki, He-Man obrazını bu dəfə Nikolas Qalitzin canlandırır. Film Şahzadə Adamın 15 il sonra Eternia planetinə qayıdaraq İskeletorun qaranlıq hökmranlığına qarşı mübarizəsini əks etdirir.
Kadrlarda həmçinin Camila Mendes, Idris Elba, Alison Brie, Morena Baccarin və Jared Leto kimi məşhur aktyorlar yer alır.
Film Dolby Cinema, 4DX və D-BOX formatlarında da izləyicilərə təqdim olunacaq.
