Gənclər Liqasının oyunları təxirə salındı – Səbəb

AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında II mərhələnin IV və V tur qarşılaşmaları təxirə salınıb.

Referans Media bildirir ki, bu barədə assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Matçların ertələnməsinə əsas səbəb kimi Azərbaycanın U-20 milli komandasının aprelin 13-dən 26-dək Qəbələ şəhərində reallaşdıracağı təlim-məşq toplanışı göstərilib.

Beləliklə, ilkin olaraq aprelin 18-19 və 25-26-da oynanılması planlaşdırılan idman görüşləri qeyri-müəyyən müddətədək təxirə salınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki