Ordu əyalətinin Korgan rayonunda təsirli olan güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Bölgədə yaranan maraqlı və eyni zamanda təhlükəli görüntü isə diqqət çəkib.
Referans Media xəbər verir ki, Tepealan məhəlləsində bir evin içindən keçən sel suları balkonundan küçəyə “şəlalə kimi” axaraq böyük dağıntı yaradıb. Hadisə zamanı su axını evin daxilindən keçərək açıq əraziyə tökülüb.
Güclü yağışlar nəticəsində bölgədə bir neçə nöqtədə daşqınlar və heyelanlar qeydə alınıb. Bəzi evlər və nəqliyyat vasitələrinin zərər gördüyü bildirilir.
Hadisə yerində çəkilən görüntülər sosial şəbəkələrdə də geniş yayılıb və böyük rezonans doğurub.
