Almaniyada yaşayan və beynəlxalq uğurları ilə tanınan aktrisa Sibel Kekilli sakit şəkildə evlənib.
Referans Media xəbər verir ki, “Divara Qarşı” filmi və “Taxtlar Oyunu” serialı ilə dünya şöhrəti qazanan aktrisa fotoqraf və yazıçı Andreas Daurer ilə sadə bir nikah mərasimi keçirib. Cütlüyün mərasimi ailə dairəsində və təmtəraqsız formada baş tutub.
“Divara Qarşı” filmi ilə geniş tanınan Kekilli daha sonra “Taxtlar Oyunu” layihəsindəki rolu ilə beynəlxalq səviyyədə böyük populyarlıq qazanmışdı.
Aktrisa evlilik xəbərini sosial şəbəkə hesabında paylaşdığı fotoşəkillərlə təsdiqləyib. Qısa zamanda yayılan görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və çoxsaylı təbrik mesajları alıb.
Sibel Kekillinin uzun illərdir Almaniyada media və ictimai həyatdan uzaq, daha çox şəxsi həyatını gizli saxlamağa üstünlük verdiyi bilinir.
