Gürcüstanda bu nazirlik ləğv edilir, əvəzində yeni vəzifə yaradılır

Gürcüstanda Regional İnkişaf Nazirliyi sentyabrda ləğv ediləcək.

Referans Media  Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı həmin ölkənin Baş naziri İrakli Kobaxidze açıqlayıb.

O bildirib ki, hökumət strukturunda yeni regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılacaq. Həmin posta isə Mamuka Mdinaradze gətiriləcək.

Kobazidzenin sözlərinə görə, yeni dövlət naziri vəzifəsinin yaradılması ilə Regional İnkişaf Nazirliyi öz mahiyyətini itirir.

Hazırkı regional inkişaf naziri Kaxa Quledani isə Gürcüstanın infrastruktur nazirinin birinci müavini olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki