“Hall City” tarix yazmağa bir addım qaldı -  Finaldakı rəqibi məlum oldu

“Hall City”nin Çempionşip pley-off finalındakı rəqibi müəyyənləşib.

Referans Media xəbər verir ki, yarımfinal mərhələsində "Sauthempton" əlavə vaxtda "Midlsbro" üzərində 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib.

İlk oyun 0:0 hesabı ilə başa çatdığından cavab görüşü olduqca gərgin keçib. Matçda hesabı 5-ci dəqiqədə Riley McGree açsa da, "Sauthempton" 45+1-ci dəqiqədə Ross Stüartın qolu ilə tarazlığı bərpa edib.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığı üçün qalib əlavə vaxtda müəyyənləşib. 116-cı dəqiqədə Şea Çarlzın vurduğu qol "Sauthempton"a final bileti qazandırıb.

Beləliklə, Acun Ilıcalının sahibi olduğu “Hall City” finalda "Sauthempton" ilə qarşılaşacaq.

Həlledici oyun mayın 23-də Uembli Stadionunda keçiriləcək. Qalib komanda növbəti mövsüm Premyer Liqada çıxış etmək hüququ əldə edəcək.

Məlumata görə, finalın qalibi yalnız Premyer Liqaya yüksəlməyəcək, həm də yayım hüquqları və sponsor gəlirləri hesabına təxminən 300 milyon avro gəlir əldə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki