Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda, Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının sammitinin keçirildiyi məkanda Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib.
Referans Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin Azərbaycan Prezidenti İlham Əliyevlə ayrıca “ayaqüstü” söhbət edib”, - Rusiya Prezidentinin mətbuat katibi bildirib.
Daha əvvəl Vladimir Putin Türkmənistanda ölkə Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Liderlər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Oktyabrın 8-də Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasında və Xəzər ekoloji sammitində iştirak etmək üçün Türkmənistana gəlib. Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiya dövlət başçısı ilə görüşəcəyini açıqlayıb./Publika.az
