Türkiyədə xalq musiqisinin sevilən simalarından biri olan Sebahat Akkirazın şöhrətə gedən yolu təsadüfi bir video ilə başlayıb.
Referans Media xəbər verir ki, sənətçi kənddə türkü ifa etdiyi vaxt çəkilən qısa bir video sayəsində diqqət çəkib. Kəndə gələn çəkiliş qrupu tərəfindən qeydə alınan həmin görüntülər qısa müddətdə yayılaraq böyük maraq doğurub.
Bu video Sebahat Akkirazın tanınmasında dönüş nöqtəsi olub. Qısa zamanda geniş auditoriyaya çatan ifa onun Türkiyənin ən sevilən xalq musiqisi sənətçilərindən birinə çevrilməsinə səbəb olub.
Sadə bir kənd görüntüsü ilə başlayan bu yol, zamanla böyük səhnələrə və geniş dinləyici kütləsinə qədər uzanıb. Bu gün Sebahat Akkiraz adı Türkiyədə xalq musiqisi ilə maraqlanan demək olar ki, hər kəsə tanışdır.
