“Onlara 10 gün vaxt verdim. 7 gün istəyirdilər, amma mən 10 gün dedim! Çünki onlar mənə gəmilər verdilər”.
Referans Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əslində, demək olar ki, İranda artıq rejim dəyişikliyi baş verib. Çünki onların hamısı ölüdür”, – Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın enerji obyektlərinə hərbi hücumları 6 aprel 2026-cı il tarixinə qədər dayandırıb.
