Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampı hakimiyyətdə olduğu müddətdə ciddi nəticələr əldə edə bilməyəcək müvəqqəti fiqur kimi qiymətləndirib.
Referans Media xəbər verir ki, o, RT telekanalına verdiyi müsahibədə ABŞ prezidentinin fəaliyyət müddətinin məhdud olmasına diqqət çəkib.
“Bəs o kimdir? O, müvəqqəti liderdir, onun cəmi dörd ili var. Dörd ildən sonra nə edəcək? Heç nə. O, heç nə etməyəcək. Deməli, prezidentin vaxtı olmalıdır”, – deyə Lukaşenko bildirib.sfera.az






















