Fərman avqustun 1-dən qüvvəyə minir.
Referans MEDİA bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin sayının 1.535.000 hərbçi də daxil olmaqla 2.426.130 nəfər müəyyən edilməsi barədə fərman imzalayıb.
Sərəncamda "Rusiya silahlı qüvvələrinin şəxsi heyətinin sayının 1.535.000 hərbçi də daxil olmaqla 2.426.130 nəfər müəyyən edilməsi" tapşırılır.
Beləliklə, ümumi say 25.000 hərbçi də daxil olmaqla 27.000 nəfər artdı.
Fərman avqustun 1-dən qüvvəyə minir.
Həmçinin, fərmanla Rusiya Müdafiə Nazirliyinin mərkəzi aparatının işçilərinin maksimum sayı 13.400 olaraq müəyyən edilib. Bu rəqəmə mühafizəçilər və digər köməkçi işçilər daxil deyil. Onlardan 4.930 nəfəri dövlət qulluqçusu olmalıdır.
